NƏŞRLƏRİMİZ

English for kids

English for kids

Bu kitab kiçik yaşlı (3-7 yaş arası) uşaqların ingiliscə gündəlik həyatda işlənən minimum söz ehtiyatına malik olması və sadə nitq vərdişlərinə yiyələnməsi üçün nəzərdə tutulmuşdur. Onun köməyilə uşağınız ingilis dilində sadə nitq etiketlərindən istifadə etməyi, özü, ailə üzvləri, qohumları, dostları, yaşadığı ev haqqında danışmağı öyrənəcəkdir. Kitabda həmçinin meyvə və tərəvəzlər, yeməklər və ərzaq, rənglər, geyimlər, bədən üzvləri, heyvanlar, təbiət, ilin fəsilləri, aylar, həftənin günləri, idman, peşələr, ədədlər, şəhər, nəqliyyat bölmələri üzrə verilən materiallar, eləcə də sadə qrammatik qaydalar onlarda nitq vərdişlərinin yaranmasına və inkişaf etməsinə imkan verəcəkdir. Kitabda bütün söz, ifadə, cümlə və mətnlər rəngli şəkillərlə müşayiət olunur. Bu, öyrənməni asanlaşdırır və maraqlı edir.

Audio materiallar